AGAT ƏLİLLƏRLƏ BAĞLI LAYİHƏYƏ START VERİB.

 

AGAT ƏLİLLƏRLƏ BAĞLI LAYİHƏYƏ START VERİB

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik" adlı layihənin icrasına başlayıb.

 

 Bu layihə əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqların rifahına və hüquqlarının müdafiəsinə nail olmaq, onlar üçün bərabər imkanlar və hüquqlar cəmiyyəti yaratmaq, sağlamlıq imkanları məhdud olan insanlara qarşı cəmiyyətdə və xüsusi qayğıya ehtiyac olan uşaqlar arasında yeni münasibətlər qurmaq, onların cəmiyyətə inteqrasiyalarını asanlaşdırmaq, uşaqların problemlərinin həllində valideynlərə ailənin malik olduğu imkanı, potensialı göstərmək istiqamətində fəaliyyəti həyata keçirməkdən ibarətdir.

Layihə çərçivəsində AGAT tərəfindən sosial çarx hazırlanacaq, "dəyirmi masa"lar təşkil olunacaq, gənclərlə yığıncaqlar keçiriləcək, gənclərin və əlilliyi olan şəxslərin iştirakı ilə konsert təşkil olunacaq.

Layihə 2014-cü il sentyabr ayında başa çatacaq.