AGAT üzvləri üç layihə həyata keçirtdi.

AGAT üzvləri üç layihə həyata keçirtdi.

AGAT üzvləri Lalə Babayeva Jalə Əliyeva və Məryəm Tağıyeva AR Gənclər Fondunun dəstəyilə sosial layihələr həyata keçirtmişdir.

 Noyabrın 23-də Bakıda "LN Art" İncəsənət Mərkəzində gənc fəal Lalə Babayevanın təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fərdi layihələri çərçivəsində "Biz də varıq!"adlı rəsm sərgisi açılmışdır.


Sərgi çərçivəsində sağlamlığı məhdud olan istedadlı gənc rəssamların əsərləri təqdim olunmuşdur.

Tədbirdə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının üzvi Lalə Babayeva sərginin əhəmiyyətindən söz açdı. Lalə babayeva çıxış edərək bildirdi ki, sərgi sağlamlığı məhdud istedadlı gənclərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilir.
Bildirilmişdir ki, sərgidə gənc rəssamların 20-dək rəsm əsəri nümayiş etdirilir.

Növbəti layihə Noyabrın 23-də Bakıda "LN Art" İncəsənət Mərkəzində gənc fəal Jalə Əliyevanın təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun "C" kateqoriyası-fərdi layihələri çərçivəsində "Sən seç hansı dünyada yaşamaq istərdin!" adlı sosial videoçarxın təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir insanların ətraf mühitdən düzgün şəkildə istifadə edə bilməsi, ekoloji maarifləndirilməsi, təbiəti qorumaq üçün insanların buna marağının artırılması məqsədilə keçirilmişdir.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının üzvi Jalə Əliyeva çıxış edərək tədbirin əhəmiyyətindən söz açmışdır.

Sosial videoçarxda insanların təbiətə vurduğu ziyan və həmçinin iki dünya-təmiz, sağlam və məhvə doğru gedən dünya əks etdirilmişdir.

 

Daha bir  layihə Agat nümayəndəsi Məryəm Tağıyeva həyata keçirtdi.

Prezident yanında Gənclər Fondunun dəstəyi ilə dekabrın 11-də AGAT-ın üzvu Məryam Tağıyeva tərəfindən icra olun layihə çərçivəsində hazırlanan videoçarx Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunları ərəfəsində gənclərdə idman ruhunu daha da qaldırmaq, Azərbaycanın zəngin idman mədəniyyətini təbliğ etmək məqsədi daşıyır.

Qeyd edək ki, rejissoru Kamran Aydinov olan videoçarxda idman, sağlam və fəal həyat tərzi, azərbaycanlı çempionlar və medalçılardan, eyni zamanda gənc idmançıların uğurlarından bəhs olunur.

Onu da bildirək ki, videoçarxın təqdimat mərasimi “Central Park Hotel Baku” mehmanxanasında keçirilib.

Tədbirdə Prezident yanında Gənclər Fondu, Azərbaycan  Gimnastika Federasiyası, Azərbaycan Karate Federasiyası, Azərbaycan Fotoqraflar Birliyi, QHT və media nümayəndələri, bir sıra Avropa ölkələrindən olan və yerli gənc fəallar iştirak ediblər.