AGAT-dan yeni layihə elanı

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin rəqəmsal inkişafı-internet jurnalistika üzrə maarifləndirmə” adlı layihənin icrasına başlamışdır. Layihənin məqsədi gəncləri internet jurnalistikası ilə bağlı peşəkarlaşdırmaq, lazımi bilik və bacarıqları aşılamaq;.Region gənclərini internet resurları və onun əhəmiyyəti barədə məlumatlandırmaq;İnternet jurnalistikasi üzrə gənc peşəkarların aşkarlanmasıdır.

Layihə çərçivəsində Bakı, Quba, Gəncə və digər şəhərlərdə məlumatdırma sessiyaları və təlimlər keçiriləcək. Bu təlimlərdə gənclərə rəqəmsal inkişaf, vətəndaş jurnalistikası, internet resurlarından faydalı istifadə, bu istiqamətdə bacariq və biliklər ekpertlərin iştirakı ilə aşılanacaqdır. Sonda təlim iştirakçıları ilə birgə Rəqəmsal İnkişaf Forumunun keçirilməsi nəzərdə tutulmuşdur.