Məqalələr
16.12.2014
Nərgiz Xələf: “Beynəlxalq layihələrin həyata keçirilməsi Azərbaycanın dünyadakı müsbət imicinə xidmət edir” Bu dəfəki müsahibimiz “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası” təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələfdir. Onunla Avropaya inteqrasiya prosesi və bu prosesdə vətəndaş cəmiyyəti təsisatlarının rolu mövzusunda həmsöhbət olduq. - Avropaya inteqrasiya – söhbət coğrafi məkandan
16.12.2014
Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlar, münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan bugün bir sıra öndə gedən, dünyada əhəmiyyətli beynəlxalq təşkilatlarının BMT, ATƏT, Avropa Şurası, Islam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Belə təşkilatlardan biri də NATO əməkdaşlığıdır.1994-cü il 3-4 may tarixlərində NATO-da Sülh Naminə Tərəfdaşlıq proqramı sənədi imzalandı. Bununla da Azərbaycan NATO ilə sıx əməkdaşlığa addım atdı. Bu proqram imzalandıqdan sonra Azərbaycan və NATO əlaqələri yüksək inkişaf tempi ilə davam edir. NATO Azərbaycan üçün hərbi əməkdaşlıq, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq məsələləri təşkil edir. Ümumilikdə Azərbaycan və NATO münasibətləri 8 plan üzrə irəliləyir. “Sülh Naminə Tərəfdaşlıq”, “Fərdi Tərəfdaşlıq Proqramı”, “Proseslərin Planlaşdırılması və Analizi Proqramı”, “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı”, “Əməliyyat İmkanları Konsepsiyası”,“Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planı”,“Sülh naminə Tərəfdaşlığın Qərərgah Elementi”, “Terrorizm Əleyhineə Tərəfdaşlıq Fəaliyyət Planı”. Doğrudur bugün Azərbaycan NATO-nun üzvü deyil, amma NATO üçün çox əhəmiyyətli mövqedədir. Bu da ölkənin daxili siyasəti ilə yanaşı çox uğurlu xarici siyasətinin nəticəsidir. İctimai fəaliyyətlə məşğul olan, fəaliyyətində avrointeqrasiyasını əsas tutan, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının nümayəndəsi kimi 8-9 dekabr 2014-cü tarixlərində Brüsseldə NATO-nun baş qərargahına səfər etdim. Bununla bağlı fikirlərimi bölüşmək istədim.
03.10.2014
"Азербайджанское государство уделяет большое внимание развитию молодежи. У нас созданы все условия для формирования всесторонне развитых молодых людей, а именно - для получения образования, изучения иностранных языков, грамотного мышления, активного участия в молодежной политике.
18.07.2014
Minilliklər və əsrlər boyu qadına hörmət dü¬şüncəsi formalaşmış, tarixin ayrı-ayrı mərhələlərində belə cəmiyyətin öncül dəyəri olmuşdur. Bəşəriyyətin bu mü¬qəddəs varlığına cəmiyyətdə xü¬susi qayğı və diqqət daim hiss olunmuşdur. Bunun həm müsbət, həm də mənfi tərrəfləri mövcuddur.. Belə ki, qadın və kişi münasibətləri bütün sosial sahələrdə - siyasi, iqtisadi, mənəvi, psixoloji, sosial, mədəni və.s özünü biruzə verir.