Xəbərlər
14.05.2014
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Gənclər Fondunun dəstəyi ilə “Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu” adlı layihəni Bakı şəhərində həyata keçirilir. Forum iştirakçıları Bakı Dövlət Universitetini (BDU) ziyarət ediblər. Eyni zamanda tədbir çərçivəsində Azərbaycanda dövlət gənclər siyasəti və avrointeqrasiya prosesində gənclər təşkilatlarının rolu mövzusunda panel keçirilib. Paneldə Gənclər və İdman Nazirliyinin gənclər şöbəsinin müdiri İndira Hacıyeva, Gənclər və İdman Nazirliyi nəzdində İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və AGAT-ın sədr müavini Nərgiz Xələf məruzə ediblər.
28.12.2013
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) təşkil etdiyi “Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu” çərçivəsində panellər keçirilib.
28.12.2013
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 9-13 dekabr, 2013-cü ildə “Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu” adlı layihəni Bakı şəhərində həyata keçirəcəkdir. Layihənin məqsədi Azərbaycanın avrointeqrasiya prosesində yeri və rolu barədə Avropa gənclərinə çatdırılması, Avropa-Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri:əsasən Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və enerji siyasəti ilə bağlı müzakirələrin təşkil edilməsidir. Forumun əsas mövzuları “Avropaya İnteqrasiya prosesində şərq tərəfdaşlığı siyasətində Azərbaycanın rolu”, “Avropa təsisatlarında Azərbaycan gənclərinin fəaliyyətinin aktivliyi”, “Azərbaycanın Avroatlantik məkanda inkişaf perspektivləri” ,“Şərq tərəfdaşlığı” və s. olacaq. 10 Avropa ölkəsindən 15 nəfər iştirakçı Forumda iştiraka vəsiqə qazanmışdır. Bu ölkələr Fransa, Almanya, İsveçrə, Türkiyə, B. Britaniya, Gürcüstan, Polşa, İspaniya, Ukrayna, Belçika və Macarıstan ölkərənin gənf fəalları iştirak edəcəkdir. Tədbirdə iştirak edəcək dövlət rəsmiləri, səfirliklər və ekspertlər barədə məlumat növbəti həftələrdə açıqlanacaqdır.
28.11.2013
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 9-13 dekabr, 2013-cü ildə “Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu” adlı layihəni Bakı şəhərində həyata keçirəcəkdir. Layihənin məqsədi Azərbaycanın avrointeqrasiya prosesində yeri və rolu barədə Avropa gənclərinə çatdırılması, Avropa-Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri:əsasən Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və enerji siyasəti ilə bağlı müzakirələrin təşkil edilməsidir.
07.11.2013
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) rəhbəri Gülsel Səfərova və təşkilatın fəalı Nigar Hüseynova 1-4 noyabr 2013 tarixində Avropanın Gənc Federalistləri Təşkilatının (JEF) təşkil etdiyi “Paris Avropa Konqresi 2013” adlı konqresdə iştirak ediblər. Konqres Fransanın paytaxtı Paris şəhərində keçirilib. Tədbir çərçivəsində AGAT Avropanın Gənc Federalistləri Təşkilatına üzvlük üçün namizədliyini irəli sürüb. Təqdimat çərçivəsində AGAT barədə videoçarx təqdim edilib. Təqdimatı konqres iştirakçıları və milli nümayəndələr maraqla qarşılayıblar. AGAT tam səs çoxluğu ilə ilkin mərhələdə üzvlüyə qəbul olub. Təşkilat Azərbaycanda JEF-in rəsmi nümayəmdəliyi kimi qeydiyyata alınıb. Qeyd edək ki, Avropanın Gənc Federalistləri Təşkilatı Avropanın 30 ölkəsində fəaliyyət göstərir. Hazırda Azərbaycandan bu qurumda təmsil olunan heç bir təşkilat yoxdur. Təşkilat Avropanın ictimai-siyasi proseslərində gənclərin iştirakı ilə aktiv rol oynayır.