"Evdə həyat var" online kampaniyası

"Evdə həyat var" online kampaniyası 

 

AGAT Aprel ayının 17-dən etibarən "Evdə həyat var" kampaniyası həyata keçirir. 


Layihənin əsas məqsədi insanlar arasında professional bacarıqları inkişaf etdirməkdir. Təhsil, peşəsindən, yaşından asılı olmayaraq hər kəs bilməlidir ki, mümkünsüz heç nə yoxdur. Yetər ki, istək olsun. Bununla yanaşı kompaniyanın digər vəzifəsi vətəndaşlar, ələlxüsus da gənclərə pandemiya dövründə ruhdan düşməmək, asudə vaxtlarını düzgün və səmərəli keçirtməyi aşılamaq və kömək etməkdir. 
Qeyd edək ki, layihəyə hər sahə üzrə maraqlı, peşəkar və faydalı mütəxəssislər cəlb olunub. Facebook üzərindən canlı yayımda tarzən İbrahim Babayev, müğənni Vüqar Muradov, Nofəl Aslanov, fitnes eksperti Əkbər Kərimov, bloger-dizayner Sevda Məmmədova və digəri öz sahələri üzrə izləyiciləri maraqlandıran sualları cavablandırıb, məsləhət və tövsiyələrini veriblər. 
Xatırladaq ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının "Evdə Həyat Var" kampaniyası hər həftə sonu saat 21:00-da Facebook üzərindən canlı reallaşdırılır. Bu kampaniya 10000-ə yaxın  iştirakçı cəlb etmişdir. 

#evdəhəyatvar #evdəqal