AGAT “Könüllülük işinin vacibliyi” adlı təlim keçirdi

AGAT “Könüllülük işinin vacibliyi” adlı təlim keçirdi

2 Fevral Gənclər Günü münasibəti ilə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı “Könüllülük işinin vacibliyi” adlı təlim keçirib.
İngilis dilində təşkil olunan tədbirdə çıxış edən AGAT-ın sədri Məryəm Tağıyeva-Zeynalova bildirib ki, könüllülük fəaliyyətinin inkişafı Azərbaycan dövlətinin prioritetlərindən biridir. MDB ölkələri arasında ilk dəfə olaraq könüllülüklə bağlı qanun məhz Azərbaycanda qəbul edilib deyən təşkilat sədri qeyd edib ki, ölkəmizdə gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur. Onun sözlərinə görə, könüllülük siyasəti ölkə gəncliyinin dövlətçilik işində rolunu artırmaqla yanaşı, onların gələcəkdə şəxsi fəaliyyətlərini qura bilmələri üçün müəyyən imkanlar yaradır, təcrübə əldə etmələrinə və özünə əminlik qazanmalarına vasitə olur. 
"Könüllülər üçün heç bir yaş məhdudiyyəti qoyulmur. İstənilən şəxs könüllü ola bilər" bu fikirləri isə bu sahə üzrə ixtisaslaşmış ekspert Enriki Anne səsləndirib. O, vurğulayıb ki, könüllülük siyasətində əsas hədəf gənclərin cəmiyyətin aktiv həyatında iştirakını təmin etməkdir. Diqqətə catdırıb ki, könüllülük fəaliyyəti gəncliyin sağlam düşüncəli və yüksək mənəvi keyfiyyətlərə malik şəkildə formalaşmasına birbaşa təsir edir. 
Xanım təlimçi gəncləri maraqlandıran sualları cavablandırıb və bu sahənin sirrlərini onlarla bölüşüb.