“Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihəyə start verilib

“Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihəyə start verilib

 
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 26 yanvar, 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Pedoqoji Universitetinin 2 saylı tədris müəssisəsində AR Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində "Bloqqer-Vloqqer;Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihənin ilk təliminə start verir.

Layihənin əsas məqsədi sosial şəbəkələrdə maddi - mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı təşviq edən olacaq blogger və vloggerlərin hazırlanmasına, gənclərin asudə vaxtlarını faydalı keçirmələrinə və Azərbaycanın müsbət imicinin daha da möhkəmlənməsi istiqamətində gənclərin sosial mediada fəaliyyətinin güclənməsidir.

Nəzərinizə çatdıraq ki, seçilmiş 10 blogger və v-logger bu sahədə təcrübəsi olan ekspertlərin təlimləri vasitəsilə məlumatlandırılacaqlar.
 
Qeyd edək ki, "Bloqqer-Vloqqer; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihə çərçivəsində 26 yanvar-18 fevral tarixləri aralığında 10 təlim keçirilməsi planlaşdırılır.