AGAT Şəkidə tədbir keçirdi: “Gənclərin ictimai fəallığı: Azərbaycan təcrübəsi”

AGAT Şəkidə tədbir keçirdi: “Gənclərin ictimai fəallığı: Azərbaycan təcrübəsi”

 

Azərbaycan Gənclərnin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 31 oktyabr, 2017-ci ildə Şəki şəhərində “Gənclərin ictimai fəallığı: Azərbaycan təcrübəsi” adlı dəyirmi masa keçirmişdir.

 

Əsas məqsəd gənclərin dövlət gənclər siyasətində fəal iştirakı, buna müvafiq olaraq BMT-nin gənclər qolları ilə gələcəkdə əməkdaşlıq perspektivlərini müzakirə etmək, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə"dövlət prorqamının əhəmiyyətini gənclərin nəzərinə çatdırmaqdır.

Şəki şəhəri Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov dövlət gənclər siyasəti barədə qısa məlumat verdi, AGAT-la layihələr çərçivəsində uğurlu əməkdaşlıq etdiyini, gənclərin ictimai fəallığının artırılması istiqamətində görülən işləri vurğuladı.

AGAT-ın sədri Lalə Mehdiyeva təşkilatın fəaliyyəti barədə Şəki gənclərinə məlumat verdi. Azərbaycan Dövlət Gənclər siyasəti barədə söz açdı və xüsusilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə"dövlət prorqamının əhəmiyyətini gənclərin nəzərinə çatdırdı. AGAT  və BMT-nin müxtəlf qurumları ilə əməkdaşlıqdan, cari layihələri barədə danışdı.                                

Daha sonra etika üzrə ekspert, beynəlxalq layihələrdə fandreyzinq üzrə fəaliyyət göstərən, Etika Akademiyasının rəhbəri Günel İbrahimə verildi. G. İbrahim tədbir iştirakçılarına liderlik və natiqlik mövzusunda çıxış etdi. Sonda gənclərlə müzakirələr aparıldı.                                                                                                                                     Qeyd edək ki, seminarda BMT-nin İnkişaf Proqramın Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşı Gülər Fətəl qonaq qismində iştirak etmişdir.