AGAT yaxın 2 ildə

 

AGAT yaxın 2 ildə

Yeni mövsümdən AGAT heyəti ilə birlikdə bir sıra layihələr həyata keçirməyi planlaşdırırıq.

AGAT-da 2011-cü ildən fəaliyyətdə başlamışam. Bu illər ərzində onlarla yerli və beynəlxalq layihələrdə iştirak etmişəm, sertifikatlara layiq görülmüşəm. Gənc Siyasətçilər Məktəbi, Gənclərin Avrointeqrasiya Forumu, Sülh Forumu, kimi beynəlxalq layihələrdə, onlarca kiçik tədbirlərdə, xeyriyyə aksiyalarında iştirak etmişəm. Norveç, Fransa, Belçika, Türkiyə, Niderland, Gürcüstan və Moldovada həyata keçirilən bir sıra beynəlxalq təlimlərdə, o cümlədən Brüsseldə  NATO-nun baş qərargahında təcrübə proqramı keçmişəm. Bundan əlavə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində qalib gələrək müxtəlif sosial layihələrin koordinatoru olmuşam. 2014-cü ildən AGAT-da menecer, 2015-ci ildən isə mətbuat katibi vəzifəsində çalışmışam. Nəhayət, 29 sentyabr, 2017-ci il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri seçildim. AGAT 10 ildir ki, fəaliyyət göstərir bu illər ərzində təşkilat yerli və xarici təşkilatlarla əməkdaşlıq, gənclərin xarici ölkələrdə ölkəni təmsil etməsi, onların fərdi inkişafına dəstək və.s istiqamətlərdə mühim uğurları olmuşdur. Təşkilatmız “Azərbaycan Gəncliyi 2011-2015”-ci illərdə gənclər üzrə dövlət proqramında işçi qrupunun üzvü olmuşdur.

Hazırda Azərbaycan xalqı demokratik, daima inkişaf edən ölkədə yaşayır. Bir gəncin özünü təsdiqləməsi üçün bütün yollar açıqdır. Ölkə başçısının həyata keçirdiyi hərtərəfli siyasət bunu deməyə əsas verir. Bunun üçün gənc özünə güvənməli, vətəninə, xalqına, dövlətinə, milli dəyərlərinə sadiq olmalıdır.

Yeni mövsümdən AGAT heyəti ilə birlikdə bir sıra layihələr həyata keçirməyi planlaşdırırıq. Belə ki, AGAT tərkibində layihələr, sosial humanitar, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələri fəaliyyət göstərir. 2017-2019-cu illərdə AGAT gənclərin ictimai fəaliyyətinin daha da artması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin beynəxalq tribunalarda haqq səsinin çatdırılması, gənclərin fərdi inkişafının gücləndirilməsi və sağlam həyata təşviqi istiqamətində fəaliyyətini davam edəcəkdir. Həm də əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla əməkdaşlığımız daha da möhkəmləndiriləcək və yeni əməkdaşlıqların qurulması istiqamətində işlər aparılacaqdır. AGAT-ın növbəti 1 il üçün olan planlarına xeyriyyə məqsədli tədbirlərimiz, gənclərin fərdi inkişafına yönəlik görüşlərimiz, maarifləndirmə kampaniyaları daxildir.          

Eyni zamanda AGAT hər zaman olduğu kimi intellektual, innovativ düşüncəyə malik olan hər bir gəncin inkişafına yardımçı olmağa, onların daha da təkmilləşməsinə, sosial layihələrin hazırlanmasında yaxından iştirakına dəstək olacaqdır. Necə deyərlər, qapımız hər bir Azərbaycan gəncinə açıqdır.