AGAT “Paylaş” layihəsini həyata keçirdi

AGAT “Paylaş” layihəsini həyata keçirdi

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 9-cu qrant müsabiqəsi çərçivəsində ” Paylaş” adlı sosial layihəni həyata keçirdi.

Layihənin həyata keçirilməsində hədəf 16-17 yaşına çatmış olan və internat məktəbini tərk edən 10 nəfər yeniyetmələrin hər birinin bir peşəyə yiyələnməsinə nail olmaq idi. “Paylaş” layihəsi çərçivəsində iştirak edən yeniyetmələrin hər biri aşpazlıq, güldüzəldən, qadın bərbəri, kişi bərbəri, pult rejissoru, kameraman, komputer montajı, maşın düzəldən, toxucu, dərzilik peşələri üzrə usta təlimləri keçdilər.

Layihədə iştirak edən hər bir yeniyetmə üçün bir dost koordinator təşkilatımız tərəfindən təyin olunmuşdur. Onların funksiyası yeniyetmələrlə bərabər olmaqla onların sözügedən peşəyə nail olmasında koordinator rolunu oynamaq idi. Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirtdiyimiz “Paylaş” layihəsinini on iştirakçısı layihənin əvvəlində həyata daha küskün yanaşırdılarsa, gələcəklə bağlı plansızlıq və ümidsizlik müşahidə olunurdusa, layihə müdətində artıq həyatdan nə istədiklərini yaxşı bilən, hədəfi olan yeniyetmələri görmyə nail olduq.