AGAT “Rio 2016 Yay Olimpiya Oyunlarına Dəstək Kampaniyası”na start verdi

AGAT “Rio 2016 Yay Olimpiya Oyunlarına Dəstək Kampaniyası”na start verdi

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 5-21 avqust  tarixlərində Braziliyanın Rio De Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına dəstək xarakterli  “Rio 2016 Yay Olimpiya Oyunlarına Dəstək Kampaniyası”na start verdi.

Kampaniyanı həyata keçirməkdə əsas hədəf müxtəlif aksiyalar, idmançılarla silsilə görüşlər və digər mədəni-kütləvi  tədbirlər vasitəsilə insanların marağını Yay Olimpiya Oyunlarına cəlb etməkdir.                                                                                                                      

Belə ki, layihənin məqsədi XXXI Yay Olimpiya Oyunları ərəfəsində cəmiyyətdə idman əhval-ruhiyyəsinin yaradılmasıyla Azərbaycan idmançılarına azarkeşlik dəstəyinin verilməsi, gənclərin iştirakı vasitəsilə təbliğat kampaniyasının təşkili, dünyanın digər ölkələrindən olan azarkeşlərlə bərabər eyni platformadan Azərbaycan idmançılarını dəstəkləməklə idmançılarımıza xalqın dəstəyini hiss etdirmək və Olimpiya oyunlarının müsbət enerjisinin və ruh yüksəkliyini müxtəlif tədbirlər hazırlamaqla yaymaqdır

Nəzərinizə çatdıraq ki, AGAT-ın rəsmi email ünvanına 335 nəfər könüllü tərəfindən müraciət olunub. Hazırda könüllərin seçimi, onlarla təlim və görüşlərin keçirilməsinə dair hazırlıq işləri görülür.Artıq facebook sosial şəbəkəsində “Rio 2016 Yay Olimpiya Oyunlarına Dəstək Kampaniyası” ilə bağlı səhifə fəaliyyət göstərir. Səhifədə gündəlik olaraq Rio 2016 Olimpiya Oyunlarına dair yeni xəbərlər paylaşılır və kapaniya çərçivəsində həyata keçiriləcək bütün fəaliyyətlər barədə  məlumatlar yerləşdirilir                                                                   

Kampaniya çərçivəsində Rio 2016 Olimpiya Oyunlarına dair məlumatların yayılması, oyunçularımıza dəstək istiqamətində facebook sosial şəbəkəsində kampaniyaların start verilməsi, “Rio 2016 Yay Olimpiya Oyunlarında iştirak edənidmançılar və azərkeş gənclərin canlı ünsiyyətinin təşkil edilməsi, fləşmob və digər kütləvi əyləncələr vasitəsilə əhalinin müxtəlif qrupları arasında idman əhval-ruhiyyəsinin yaradılması, daha geniş auditoriyanı əhatə etmək üçün layihənin video çarxının hazırlanması və onun sosial şəbəkələrdə yayılması nəzərdə tutulmuşdur.