Haqqımızda

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyi 05 may, 2007-ci il tarixində təsis edilmişdir və 03 iyul, 2007-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir..


Birliyin əsas məqsədi Azərbaycan və Avropa ölkələri arasında təməli qoyulmuş elmi-mədəni və sosial-ictimai münasibətlərin gənc nəslin iştirakı ilə ikitərəfli əməkdaşlıq çərçivəsində daha da inkişaf etdirilməsinə nail olmaq, Avropa təşkilatlarının strukturu və fəaliyyəti haqqında maarifləndirmə işi aparmaq və gənclərimizin Avropa təşkilatlarının təqdim etdiyi proqram və layihələrdə fəal təmsil və iştirak etmələrinə yaxından köməklik göstərməkdir. Bu məqsədlərə çatmaq üçün:

  • Azərbaycan mədəniyyətini, tarixini Avropa ölkələrində təbliğ etmək;
  • Gənclər arasında əməkdaşlığın inkişafı sahəsində xarici ölkələrin təcrübəsini öyrənmək və müsbət təcrübəni yaymaq;
  • Gənclərin problemlərinin araşdırılması və həlli barədə təkliflər hazirlamaq;
  • Gənclərin mədəni inkişafına kömək etmək, sülhü, bəşəri dəyərləri təbliğ etmək;
  • Gənclərin məlumat və bilik mənbələrinə çıxış imkanlarının asanlaşdırmaq və s. vəzifələri həyata keçirir.