AGAT“PAYLAŞ” kampaniyasına start verdi

AGAT“PAYLAŞ” kampaniyasına start verdi

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Novruz bayramı ərəfəsində "Paylaş" adlı xeyriyyə kampaniyasına start verib. Kampaniyanın məqsədi ehtiyacı olan insanları geyimlərlə təmin etməkdir. Kampaniya çərçivəsində məhşur simalar video çarxa çəkilərək, insanları paylaşmaq istədikləri geyimləri bölüşməyə səsləyiblər. Video çarxda Alim Qasımov, Günay Malikqızı, Eldar Qasımov, Oksana Rasulova, Samira, Ceyhun Əli, İlqar Muradov, Maksim Medvedyev kimi məhşur simalar iştirak ediblər.

AGAT-ın Facebook səhifəsində verilən məlumata əsasən, AGAT Black Garden kampaniyası ilə birgə bu xeyriyyə aksiyasının çəkilişlərinə Fevral ayının əvvəllərindən start verib.