AGAT "TRAMES”Kitab Klubunun açılışını etdi

AGAT "TRAMESKitab Klubunun açılışını etdi

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 2016-ci  il, 26 yanvar tarixində öz nəznində yaradılan “Trames” Kitab Klubunun açılışını etdi. Layihənin məqsədi Azərbaycan gəncliyini mütaliə etməyə həvəsləndirmək və bununla yanaşı və cəmiyyətdə kitaba verilən dəyəri artırmaqdır. Açılışda Kitab Klubun strukturu və gələcək planları açıqlandı,  ilkin 20 üzv qəbul edildi.           

Qeyd edək ki, üzvlük oxu kartları vasitəsilə həyata keçiriləcəkdir. “Trames” Kitab Klubunun daxili strukturuna əsasən həftədə bir dəfə klub üzvlərinin seçimi ilə təyin olunmuş bir kitabın müzakirəsi təşkil olunacaqdır.                                               

Eyni zamanda “Trames”-in beynəlxalq kitab şəbəkələrinə üzvlüyü  və AGAT-ın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla ortaq layihələri planlaşdırılır. Gələcək planlar sırasına “Trames”-in region filiallarının yaradılması daxildir. Açılışın sonunda isə “Trames” Kitab Klubunun nümayəndələri və üzvləri  ilk kitabları klubun rəfinə daxil etdilər.