AGAT Beynəlxalq Sülh Gününü qeyd etdi

AGAT Beynəlxalq Sülh Gününü qeyd etdi

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT)  21sentyabr 2015-ci ildə Beynəlxalq Sülh gününə həsr olunmuş iki günlük kampaniyaya start verir.  Beynəlxalq Sülh günü kampaniyası Beynəxalq “Peace One Day” təşkilatı və Cənubi Qafqazın ilk xəbər kanalı olan TTV(TürkelTv) ilə birgə həyata keçirilir.

Kampaniyanın məqsədi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində regiona sülhün gəlməyini təmin etməkdir. Kampaniya çərçivəsində dövlət qurumlarının nümayəndələri, incəsənət, media nümayəndələri beynəlxalq sülhlə bağlı çağırışlarını ediblər. Bu çağırışlar Azərbaycan həqiqətlərin beynəlxalq miqyasda dünyanın nəzərinə çatdırılması üçün bir töhvədir. Kampaniya ilə bağlı hazırlanmış video çarxlar Facebook və Twitter sosial şəbəkələrində yayımlanır və Türkel TV(TTV) vasitəsi ilə bir başa efirə verilir.

Qeyd edək ki, Dünyanın müxtəlif ölkələrindən 7000-ə yaxın təşkilatın üzv olduğu Peace One Day şəbəkəsi sülh gününə həsr olunmuş kampaniya çərçivəsində hazırlanan video çarxları öz Facebook və Twitter səhifələrində paylaşacaqlar.

Video çarxlar

https://www.youtube.com/watch?v=YUjNOPi-iaM

https://www.youtube.com/watch?v=EPwtStlMQjo

https://www.youtube.com/watch?v=mdw0zgImBTg

https://www.youtube.com/watch?v=-TgGrr40lVk

https://www.youtube.com/watch?v=x9T8MW21iYo

https://www.youtube.com/watch?v=PBgX4lDPlKo

https://www.youtube.com/watch?v=bWczp4U-D5E

https://www.youtube.com/watch?v=nFmYiCIKYLM

https://www.youtube.com/watch?v=Mxwl1Cpn4Fw

https://www.youtube.com/watch?v=WHIG7rJ0Jgs

https://www.youtube.com/watch?v=z7LJNb9tgVM

https://www.youtube.com/watch?v=AqwctBlQrB8