AGAT “XOCALI SOYQRIMI” KAMPANİYASI HƏYATA KEÇİRİR

AGAT “XOCALI SOYQRIMI” KAMPANİYASI HƏYATA KEÇİRİR

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) 23-26 fevral 2015-ci il tarixlərindəXocalı Soyqrımının 23-cü il dönümünə həsr olunmuş kampaniya həyata keçirtməyi planlaşdırır. Məqsəd Xocalı Soyqrımı haqqında həqiqətləriAGAT-ın əməkdaşlıq etdiyi Avropanın vətəndaş cəmiyyəti nümayəndələrinə, Avropa ictimaiyyətinə çatdırmaqdır.

 

AGAT tərəfindən keçiriləcək kampaniya çərçivəsində 23 fevralda Mərdəkan qəsəbəsində yerləşən uşaq evində Xocalı qurbanlarının ruhuna ehsan süfrəsi verilmişdir. 24 fevralda Türkiyənin Uşak şəhərində təhsil alan AGAT-ın nümayəndəsi və digər həmyerlilərimizin təşkilatçılığı ilə Uşak Universitetinin rektoru, şəhər meri və digər rəsmilərin, tələbələrin iştirakı ilə anım mərasimi təşkil olunacaq. 25 fevralda saat 15:00-da “Hillel” Yəhudi Evində (ünvan: B.Səfərəliyeva 22) AGAT və onun nəzdində yaranan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası tərəfindən Xocalı soyqırımının anım mərasimi keçiriləcək. 26 fevralda 1600-ə yaxın beynəlxalq təşkilatlaının, senat nümayəndələrinin, dünyada xüsusən Avropada AGAT-ın tərəfdaşlıq etdiyi vətəndaş cəmiyyəti nümayəndələrinin elektron ünvanlarına “Stop nasizm and terrorizm!” adlı məlumatlandırıcı proqram paketi göndərilməsi planlaşdırılır.