AGAT-ın "Gənclərin Beynəlxalq Sülh Forumu" ilə bağlı hesabatı.VİDEO

AGAT-ın "Gənclərin Beynəlxalq Sülh Forumu" ilə bağlı hesabatı.VİDEO

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 2014-cü il, 18-22 sentyabr tarixlərində həyata keçirdiyi “Gənclərin Beynəlxalq Sülh Forumu” ilə bağlı hesabat xarakterli video çarx hazırladı

Forumun əsas məqsədi Azərbaycanın regionda sülh quruculuğu işində yeri və rolu barədə Avropa gənclərinə çatdırılması, Avropa - Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri: əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsi ilə bağlı məlumat verməkdir.

Forum çərçivəsində 14 ölkədən - Finlandiya, Ruminiya, Xorvatiya, Litva, Latviya, Yunanıstan, Macarıstan, Çexiya, Niderland, Ukrayna, Türkiyə, Böyük  Britaniya, Gürcüstan və Moldovadan 20 nəfər sülh qurucuları, ekspertlər və xarici QHT nümayəndələri iştirak etdi.                    

Qeyd edək ki, Gənclərin Beynəlxalq Sülh Forumunun siması ölkəmizi Avroviziya musiqi yarışmasında təmsil edən Eldar Qasəmovdur.

Video çarxı təqdim edirik: https://www.youtube.com/watch?v=HdwpjfinJu0&feature=youtu.be

.