AGAT Bəyanat göndərdi

 AGAT Bəyanat göndərdi 

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və nəzdində yaradılan Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası ilə birlikdə cəbhə xətdində son aylarda baş verənlərdən nahahatçılıq hissi keçirərək, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe nümayiş etdirmək məqsədi ilə bəyanat imzalamışdır. Bəyanatda Koordinasiya Şurasına daxil olan yəhudi, yunan, türk, tatar, ukrayna, rus, kazak, polşa milli icmalarının gənclər təşkilatları, Azərbaycan Respublikasının ərazi bütövlüyünü zərbə altına alan Ermənistanın işğal siyasətini pisləyir, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həll olunmasını tələb edir.

Azərbaycanda yaşayan milli icmalar tərəfindən imzalanmış Bəyanat AGAT tərəfindən Avropa Şurası Parlament Asambleyası, Avropa Parlamenti nümayəndələrinin elektron poçt ünvanlarına göndərilmişdir. Daha sonra Bəyanat poçt vasitəsilə şəxsən Avropa Şurasının baş katibi Sorjorn Caqland, Avropa Şurası Parlament Asambleyasının prezidenti Pedro Arqamunt, Avropa Parlamentinin prezidenti Martin Şulz, və Avropa Komissiyasının prezidenti Donald Tuskaya yollanılmışdır.

Nəzərinizə çatdıraq ki, AGAT nəznində yaradılan Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası ilə birlikdə Gəncə şəhərində, Azərbaycan xalqının mutikulturalizm və tolerantlıq dəyərlərinə verdiyi önəmi göstərmək, milli və dini (müsəlman, katolik, pravoslav, yəhudi) icmaların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq məqsədini daşıyan “Multikulturalizm çərçivəsində milli və dini icmaların həmrəylik nümayişi” adlı tədbir keçirtmişdir. Həmin tədbirin nəticəsi olaraq sözügedən Bəyanatın imzalanması qərara alınmışdır.