AGAT “Multikulturalizm çərçivəsində milli və dini icmaların həmrəylik nümayişi” adlı tədbir həyata keçirdəcək

AGAT  “Multikulturalizm çərçivəsində milli və dini icmaların həmrəylik nümayişi” adlı tədbir həyata keçirdəcək

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və nəzdində yaradılan Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası ilə birlikdə 27 may Respublika Günü ərəfəsində Gəncə şəhərində, 14:00-da “Multikulturalizm çərçivəsində milli və dini icmaların həmrəylik nümayişi” adlı tədbir keçirtməyi planlaşdırır.

Multikulturalizm ili çərçivəsində, Avropa Gənclər Paytaxtı seçilən Gəncə şəhərində, Gəncə İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçiriləcək tədbirdə Koordinasiya Şurasının polşa, türk, rus, tatar, yəhudi, kazak, yunan, tatar milli icmalarının və müsəlman, katolik, pravaslav, yəhudi dini icmalarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Tədbirin məqsədi Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurasının Azərbaycan xalqının mutikulturalizm və tolerantlıq dəyərlərinə verdiyi önəmi göstərmək və milli və dini icmaların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdır.

Tədbirin nəticəsi olaraq Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri və dini icmalar tərəfindən işğal siyasətini pisləyən, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həll olunmasına çağıran bəyanat hazırlanaraq beynəlxaq təşkilatlara və xarici mətbuata çatdırılacaqdır.