AGAT fəalı Bodrum Rəqs Festivalının hazırlıq mərhələsində təlim keçir

AGAT fəalı Bodrum Rəqs Festivalının hazırlıq mərhələsində təlim keçir

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının  (AGAT) fəalı Orxan Rəhimzadə və ictimai fəal Həsən Hüseynzadə 24-29 may 2016-cı il tarixləri arasında baş tutacaq 17-ci Bodrum Rəqs Festivalının hazırlıq mərhələsində iştirak edirlər.

Festivalın növbəti hazırlıq mərhələsində  17 ölkədən, 30 nəfər könüllülər 3 gün ərzində Bodrum məktəblərində Erasmus+ proqramı haqqında məktəbliləri məlumatlandırmaq xarakterli təlimlər həyata keçirməyə başlayıblar. Onlar ilk olaraq Bodrum Atatürk liseyində 200-ə yaxın şagirdlərə təlim keçiblər. Növbəti günlərdə Kanuni Sultan Süleyman və Ayşə Gülsevim liseylərində təlimlər davam edəcəkdir.

Belə ki, AGAT fəalı Orxan Rəhimzadə Erasmus+ proqramı çərçivəsində Azərbaycanı təmsil etməklə yanaşı iştirak etdiyi ölkələrdə gənclər siyasətində əldə etdiyi təcrübəni məktəblilərlə bölüşüb, carı proqramın faydaları, iştirak etmə qaydaları barədə geniş məlumat verib.

Qeyd edək ki, 17-ci Bodrum Rəqs Festivalı çərçivəsində hazırlıq mərhələsi davam edir və burada Azərbaycan, Türkiyə, Fransa, İtaliya, Ukrayna, Estoniya, Rusiya, İspaniya, Lİtva, Belarus, Macarıstan, Bolqarıstan, Moldova, Makedoniya, Sloveniya, Latviya, Gürcüstan nümayəndələri iştirak edirlər.