AGAT Bodrumda mədəniyyət axşamı keçirdi

AGAT Bodrumda mədəniyyət axşamı keçirdi

 

24-29 may 2016-tarixləri arasında baş tutacaq 17-ci “Bodrum Rəqs Festivalı”nın hazırlıq mərhələsində iştirak etmək üçün Avropanın müxtəlif ölkələrindən gələn könüllülər artıq fəaliyyətə başlayıblar. Avropa Könüllülük xidməti çərçivəsində könüllülər təlimlərdə və praktiki məşğələlərdə iştirak edərək, layihənin gedişatına tövhə verirlər.  Azərbaycanı təmsil edən AGAT-ın idarə heyətinin üzvü Orxan Rəhimzadə və ictimai fəal Həsən Hüseynzadə 22 aprel tarixində proqram çərçivəsində Bodrumda Azərbaycan gecəsi keçirdiblər.

Türkiyə, Fransa, Italiya, Ukrayna, Estoniya Rusiya, İspaniya, Litva, Belarus, Macarıstan Bolqarıstan, Maldova Makedoniya, Sloveniya, Latviya, Gürcüstan nümayəndələrinin iştirakı ilə baş tutan təqdimat Azərbaycan Dövlət himni ilə açılıb. Gecədə Azərbaycanın sosial-mədəni təqdimatı numayiş olunub. Ölkənin mədəniyyətindən, tarixindən, milli mətbəxindən geniş məlumatlar verilib. Eyni zamanda, hər bir ölkə nümayəndəsinə Azərbaycana aid materiallar təqdim olunub.  Sonda isə avropalı iştirakçılar milli xalq rəqsimiz olan "yallı" rəqsini oynayıblar.