“Paylaş” xeyriyyə kampaniyasının ilk mərhələsi başa çatıb

“Paylaş” xeyriyyə kampaniyasının ilk mərhələsi başa çatıb

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Novruz bayramı ərəfəsində başlatdığı "Paylaş" adlı xeyriyyə kampaniyasının ilk hissəsi başa çatıb.

Kampaniyanın məqsədi ehtiyacı olan insanlara yardım etməkdir.

"Paylaş" kampaniyası qısa müddətdə minlərlə sosial şəbəkə istifadəçisinin geniş marağına səbəb olub.

Məşhurların iştirakı ilə aparılan video kampaniya çərçivəsində geyimlərini bölüşmək istəyən xeyirxah insanlar təşkilatın ofisinə gələrək geyim və digər əşyalarını təhvil veriblər. Nəticədə bu əşyalar AGAT idarə heyəti tərəfindən çeşidlənərək, yüzlərlə insanın yaşadığı 1 saylı Psixo-Nevroloji Sosial Xidmət Müəssisəsinə və Uşaq Psixo-Nevroloji Mərkəzində himayə olunan 7-dək yaşı olan uşaqlara çatdırılıb.

Təşkilatından verilən məlumata görə, bu kampaniya hər il davam etdiriləcək.