Xocalı soyqırımının 24-cü il dönümünə həsr olunmuş Fləşmob aksiyası keçirdi

Xocalı soyqırımının 24-cü il dönümünə həsr olunmuş Fləşmob aksiyası keçirdi   

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 24-cü il dönümünə həsr olunmuş Fləşmob aksiyası keçirdi.                                          

 

Fləşmobun əsas məqsədi 1992-ci il 26 Fevralda Xocalıda baş verən dəhşətli hadisələri obrazlı şəkildə canlandıraraq, insanların diqqətini bir daha həmin günə cəlb etməkdir. Təşkilatın fəalları Park Bulvar Ticarət Mərkəzinin müxtəlif hissələrində hərəkətsiz şəkildə dayanaraq, Xocalıda baş verənləri xatırladan formada dondular. Bu aksiya Ticarət mərkəzində istirahət edən geniş kütlənin marağına səbəb oldu.

Linkə keçid:   https://www.youtube.com/watch?v=ISzPPK1vkSk