JEF AVROPA GOOGLE PLAY VƏ İOS ÜÇÜN TELEFON MÜRACİƏT PROQRAMI BAŞLADIB

JEF AVROPA GOOGLE PLAY VƏ İOS ÜÇÜN TELEFON MÜRACİƏT PROQRAMI BAŞLADIB

 

AGAT JEF Avropa təşkilatına 2013-cü ildən üzvdür. Belə ki, uzv olduğu qurum yeni layihə ilə çıxış edir. JEF Avropa Google Play və İOS üçün əlverişli olan Demokratiya Alert ağıllı telefon müraciət proqramını başladıb.

Aşağıda ətraflı məlumat əldə edə bilərsiz.

JEF Avropa Google Play və İOS da əlverişli olan pulsuz “Demokratiya Alert” smartphone proqramını istifadəyə vermişdir. “DemAlert” ilə JEF Avropa Avropada demokratiyanın yenilənməsi şüurunun artırılmasına, gənclərin müzakirə, təklif və demokratiyanın yeni növlərinin inkişafına imkan verməyə səy göstərir. Bu populizm, dözümlülük, ekstremizm və millətçilik kimi Avropada olan bugünkü etirazlara  unikal müraciət vasitəsidir. DemAlert GooglePlayiTunesfree-də heç bir əlavə xərc olmadan yükləməyə əlverişlidir. Proqram smartfon və tabletlərə uyğundur. Xüsusilə Avropa Birliyi xaricindəki ölkələrdə demokratiyada ünvanlanmamış boşluqların əhəmiyyətli sayı var, DemAlert app hazırda bütün Avropa qitəsini,  o cümlədən Ukrayna, Belarusya və Kosovonı əhatə edir. İstifadəçilərə demokratik pozuntularının yerini müəyyənləşdirməklə onların dəlil və ya sübut olduğunu aydınlaşdırmaq tövsiyyə olunur. Beləliklə xəritədə verilən ip ucu görüntülüyünün artırılması ilə xüsusi müəyyənləşdirmələr digər istifadəçilər tərəfindən təsdiq edilə bilər. Hər hansı bir müsbət təsir,hərəkət, demokratiyanı dəstəkləyən sadə əməl müəyyənləşdirilə bilər və buna görə də təsdiq edilə bilər. Bu DemAlertlər sözlə təsvir edilə bilər və şəkil əlavə edilə bilər. Siz  DemAlertsin praktikada necə işlədiyini izləyə bilərsiz 

Linkə keçid: https://www.youtube.com/watch?v=NDh8JyDDWo8

JEF Avropa ümid edir ki, DemAlert proqramı gəncləri öz icmalarında demokratik prosedurların  yaradılması və idarə edilməsinə daha çox cəlb etməyə təşviq edəcək. Avropa gəncləri davamlı olaraq Avropa seçkiləri zamanı zəif fəallıq göstərir, şübhəsiz ki bu da onlar tərəfindən siyası iştiraka marağın olmamasının aydın göstəricisidir. Biz inanırıq ki, DemAlert proqramı onlara ümumi və mütəşəkkil tədbirlər aparan səmərəli rabitə üçün bir platforma təklif edə biləcək.

"iTunes və Google Play app store-da proqramı pulsuz yükləməyi sizə təkilf etməklə, biz təşkilatlara və fiziki şəxslərə bizim qitədə demokratiyanın pis və yaxşı təcrübələri ətrafında özünü səfərbər etməyə imkan verəcək bir vasitə təmin etməyi ümid edirik"- JEF Avropanın prezidenti Pauline Gessant.