“Avropaya inteqrasiyanı avropalaşmaq kimi qəbul etməsək…”

“Avropaya inteqrasiyanı avropalaşmaq kimi qəbul etməsək…”

Nərgiz Xələf: “Beynəlxalq layihələrin həyata keçirilməsi Azərbaycanın dünyadakı müsbət imicinəxidmət edir”

Bu dəfəki müsahibimiz “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası” təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələfdir. Onunla Avropaya inteqrasiya prosesi vəbu prosesdəvətəndaş cəmiyyəti təsisatlarının rolu mövzusunda həmsöhbət olduq.

- Avropaya inteqrasiya – söhbət coğrafi məkandan, siyasi idarəçilik sistemindən, yoxsa dəyərlərdən gedir…?

 

- Avropaya inteqrasiya sözün birbaşa mənasında coğrafi anlayışı özündəehtiva edən məhfumdur. Bəli,  Avrasiya materikinin bir hissəsi – Avropa qitəsidir. Lakin orta əsrlərdədoqmatik, ehkamçı, apologetik, yəni yalnız xristian dini ənənələrəvəqaydalara bəraət qazandırmağı özünəəsas məqsəd seçmiş təfəkkürləyaşayan bir dövrü – sxolastik dövrü, Avropa özünəməxsus şəkildəaşdı. 17-ci əsrdəintibah dövrünəqədəm qoydu. Elmdə, texnikada, təhsildə, dünyagörüşündəolan inqilab, yəni intibah Avropanı qaranlıqdan yeni ideologiyaya, fərqli düşüncəyəapardı. Təfəkkür inkişafına xidmət edən yol həm filosoflar, mütəfəkkirlər, həm rəssamlar, həm bəstəkarlar, bütün sahələri əhatəedən ziyalılar tərəfindən gedilirdi. Onlar Avropa cəmiyyətini  yeni dönəməqədəm basmağa hətta məcbur etdilər.

Avropa dəyərləri digər həyati vəəxlaqi dəyərlər kimi cəmiyyət tərəfindən formalaşmamışdır. Bu dəyərlər insanların ümumi “seyrçi ağlı”nın məhsulu deyil. Bu cəmiyyəti inkişafa aparmağı özünəborc bilən filosofların yaratdığıdəyərlər sistemidir. Məncə, hər bir insan inkişaf istiqamətindəolan cəmiyyətin ünsürü olmaq istəyər. Eləona görədə, bu dəyərləri ümumbəşəri hesab etmək səhv olmazdı. Avropa inkişaf modeli okeanın digər tərəfində, Avstraliyada beləuğurla tətbiq olunursa, məncəbu haqda düşünməyinədəyər.

O ki qaldı siyasi idarəçilik sistemi anlayışına, inanmıram ki, cəmiyyətin inkişaf modelini yaratmağa çalışan, insanın ozünəinam strukturunu quran  Fixte, David Yum, Benedik Spinoz, Volter, Russo, Monteskye, Didro,Pirs,Jan Sartr, Haydegger vəs. kimi dühalar siyasi idarəçiliyi düşünürdülər. Bəli, onlar məsələlərin siyasi aspektərinədətoxunurdular. Lakin bu proses ümumi Avropa dəyəri kontekstindəaparılırdı. Bəlkədəbəzi oxucular üçün bu naiv görünəbilər, amma mənim bu qənaətəgəlməyəyetərincəarqumentlərim mövcuddur. Digər tərəfdən isəAvropaya inteqrasiya etməyi avropalaşmaq kimi qəbul etməsək, siyasi idarəbizləri qorxutmaz. Milli siyasət, milli ideologiya, milli mənafe inteqrasiya zamanı toxunulmaz olaraq qalmalıdır.

- Azərbaycanda gənclərin dövlət qulluğu sistemindəvəqeyri-hökumət sektorunda fəallığı artıb. Bəs regional vəxarici siyasət məsələlərindəgənclərimizin aktivliyini necəqiymətləndirmək olar? Azərbaycan dövləti dünya birliyinəvəAvropa dəyərlərinəinteqrasiyanı xarici siyasətinin prioriteti olaraq elan edib. Bu prosesdəQHT-lər vəgənclərimiz hansı missiyanı üstlənib? 

- Azərbaycanın regional vəxarici siyasətinin məqsədyönlu vəuğurlu olması ətrafımızda baş verən proseslərdən aydın görünür. Ölkədəgənclər siyasətinin uğurla aparılması, onların dövlət strukturlarında təmsil olunmaları, vətəndaş cəmiyyətinin ən vacib hissəsinəçevrilmələri inkişaf prosesini daha da gücləndirir. Qeyri-hökumət təşkilatları sektoru isəçox geniş alandır. Müstəqillik dönəminəqədər ümumiyyətləvətəndaş cəmiyyəti anlayışından uzaq olan ölkədə, artıq QHT sektorunda kifayət qədər nəzərəçarpacaq işlər, layihələr həyata keçirilib. DövlətləQHT arasında olan əməkdaşlıq formaları inkişaf etməkdədir. QHT-lərin yaranması, formalaşması, bu sahədəqanunvericilik bazasının təkmilləşdirilməsi, QHT-lərin fəaliyyəti üçün münbit şəraitin yaradılması, onların informasiya təminatı vəbeynəlxalq əlaqələrinin qurulmasında texniki dəstəyin verilməsi vəs. kimi məsələləri hətta, hansısa mənada dövlət öz üzərinəgötürmüşdür. Məntiqi nəticəbunu göstərir ki, sadəcəgənclər verilən imkanlardan daha səmərəli istifadəetməlidirlər. Dövlət strukturlarında çalışan gənclər özlərinəuyğun regional vəxarici siyasət məsələlərinəöz töhfələrini verəbilərlər. Daha dəqiq desək, adı çəkilən məsələlərdəgənclərimizin aktivliyi eləöz əllərindədir.

Beynəlxalq layihələrin həyata keçirilməsi öz növbəsindəAzərbaycanın dünyadakı müsbət imicinəxidmət edir. Gənclərimizin aktivliyi bu sahədəgözəçarpandır. Məsələn, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) olaraq biz, çoxlu sayda beynəlxalq layihələr həyata keçirdirik. Misal olaraq sonuncu layihəni göstərmək olar. “Twitter” sosial şəbəkəsindəiki milyona qədər izləyicisi olan beynəlxalq sülh şəbəkəsi (“Pease One Day”) Azərbaycana dəvət olundu. Azərbaycanın regionda ən boyük problemi olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ problemi haqqında şəbəkəyəüzv olan 300-əyaxın beynəlxalq təşkilatlar məlumatlandırıldı. Gənclərin xarici vəregional siyasət məsələlərindəaktivliyinədigər bir misalı da eləAGAT-ın fəaliyyəti üzərindəgöstərmək istərdim. AGAT “AMSED” Fransız şəbəkənin vəAvropanın aparıcı təşkilatı olan “Gənc Avropa Federalistləri” (JEF) platformasına üzvdür. Nəzərinizəçatdırım ki, JEF-in otuz iki Avropa ölkəsindənümayəndəlikləri vardır. Digər tərəfdən dəçoxlu sayda gənclərimiz Avropanın vədünyanın müxtəlif ölkələrindətəhsil alırlar. Hələyalnız “Xarici ölkələrdətəhsil üzrəDövlət Proqramı” vasitəsilə(2007-2014) 2612 nəfər xaricdətəhsil alıb. Onlardan 1809 nəfər hazırda təhsilini davam etdirir. Onlar əslindəAzərbaycanın kiçik səfirləridir. Bu göstərici dəxarici siyasətdəiştirakçılıqdan xəbər verir.

- Rusiya iləmünasibətləri korlanan Avropa Birliyinin Azərbaycana böyük ehtiyacı yaranıb, xüsusiləenerji təhlükəsizliyi məsələsində. Necədüşünürsünüz, bundan bizim qazancımız nəolacaq?

 

- 3-cü minilliyin başlanğıcında dünyada gedən ictimai-siyasi vəiqtisadi proseslər kontekstindəən çox nəzərəçarpan hadisələrdən biri tarixi İpək Yoluna qayıdış oldu. Bu gün, neçəyüzillər vəminillər keçdikdən sonra bir vaxtlar dünyanın iki qütbünü birləşdirən Böyük İpək Yolunun yenidən bərpası məsələsi ortaya çıxır, Azərbaycan da yenidən ŞərqləQərb arasında strateji körpü rolunu oynamağa başlayır. 400 il keçdikdən sonra dünyada dəyişən nəolmuşdur ki? Karvan dövrü çoxdan keçmişdir. İpək dədaha çoxdandır ki, Şərqi səciyyələndirmir. Qədimdəipək gedən yollarla indi neft vəqaz nəql olunmağa başlamışdır. Azərbaycanın isəcoğrafi-strateji mövqeyi bütün dövrlərdə, hər iki kontinentin ölkələri üçün aktualdır. Azərbaycana hər zaman ehtiyac vardır. Bu beləolmasaydı, 70 il bu məmləkətdəgedən bütün mücadilələrəbaxmayaraq, ideoloji zorakılığın paroksizmi ölkəmizi imperiya caynağında dondurmazdı, bu gün isəAzərbaycan Dağlıq Qarabağ problemi iləüzləşməzdi.

Görkəmli alman filosofu İohan Qotfrid Herder deyir: “Heç bir xalq digər xalq tərəfindən əsarətdəsaxlanılmamalıdır, beləhallar tarixi məhv edir”. Əslindəbu gün bəşəriyyət imperiyalarsız vəmüharibələrsiz yaşamaq təcrübəsini öyrənir. Eləbir təcrübəni ki, yolları vəsiyasəti idarəedən ancaq iqtisadi prinsiplərdir. Bu prinsiplərdən isəAzərbaycan məqsədyönlü istifadəedir. Bu yaxınlarda çinli analitik Fransis Fukuyumanın 1989-cu ildəyazdığı maraqlı bir məqaləsi iləqarşılaşdım. Məqalənin adı “Tarixin artıq sonudurmu?” kimi verilmişdir. Həmin dönəmlər baş verənlər artıq analitiklərdəbeləsonun yaxınlaşması kimi düşüncəyəgətirib çıxarmışdır. O zamanlar haqqında yalnız kitablardan xəbər tutan birisi kimi bu sual altında yazılan araşdırmadan təsəvvür yaratmaq elədəçətin olmur. Yəni Azərbaycan çox ağır dönəmi artıq adlamışdır. Bu gün Azərbaycanın xarici siyasəti ən optimal vəən uğurlu mövqedədir. Azərbaycan asılılığını aradan qaldıraraq, daxili vəxarici inkişafına xidmət edən geniş layihələr həyata keçirir.

- Bu gün Azərbaycan QHT-lərinin qonşu ölkələrdəfəaliyyət göstərən QHT-lərlənəkimi əlaqələri var? 

- Azərbaycanda 3000-əqədər QHT qeydiyyatdan keçmişdir. Bunlar müxtəlif istiqamətli məqsədlərəxidmət edən təşkilatlardırlar. Təşəbbüs qrupları tərəfindən yaradılan, dövlət qeydiyyatından keçməyən birliklər dəvardır. QHT sektoruna aid olan təşkilatlar yerli layihələr vasitəsi iləapardıqları iş iləyanaşı regional layihələr dəhəyata keçirilir. Bu layihələrəbirbaşa Azərbaycana qonşu olan ölkələr dəcəlb olunur. Düzdür, Azərbaycana qonşu olan eləölkələr vardır ki, vətəndaş cəmiyyətinəelədəaçıq deyildirlər. Üçüncü sektor nümayəndələrinin geniş layihələr həyata keçirilməsindəmaraqlı deyillər.

Azərbaycanın Cənubi Qafqaz regionunda lider dövlətəçevrilməsi, milli fondların yaradılması qonşu ölkələrdəfəaliyyət göstərən QHT-lərlədaha çox layihələrin həyata keçirilməsinəimkan yaradır.  Rusiyanın özündədemək olar ki, bütün ölkəni əhatəedən  “AMOR” təşkilatının mövcud olması bu imkanları daha da genişləndirir. Gürcüstan təşkilatları iləiş isəmüxtəlif sahələri əhatəedir. Bizim təşkilatların daha çox maracını Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən yaradılan QHT-lərləəməkdaşlıq təşkil edir. “Acarıstan Gürcü-Azərbaycan XeyriyyəCəmiyyəti”,  “Birlik” Ümumgürcüstan Azəri Türklərinin Cəmiyyəti, “Tolerans” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyi vəs. kimi gürcüstanlı həmvətənlərimiz tərəfindən yaradılan qeyri-hökumət təşkilatları iləregionun inkişafına xidmət edən layihələrin həyata keçirilməsinəçalışılır. Bildiyimiz kimi, Gürcüstanda yaşayan azərbaycanlılar stereotipləri hələdəaşa bilməmişdirlər, erkən nigah, gender, məktəbdən vəuniversitetlərdən  yayınma kimi problemlər daha güclüdür. Ona görədəGürcüstan vətəndaş cəmiyyəti iləbu sahədəişlərin aparılmasına ehtiyac duyulur. Ən sıx əlaqələr isətəbii olaraq TürkiyəQHT-ləri iləaparılır. Hər il həm Azərbaycan, həm Türkiyətəşkilatlarını bir araya gətirən mübadiləproqramları həyata keçirilir.

- Bu gün dünyada nəhəng qloballaşma prosesi gedir, sərhədlər get-gedəaradan qalxır, Avropa İttifaqı kimi modellər ortaya çıxır. Sizcə, hansısa ölkənin bu prosesdən kənarda qalması mümkündürmü? Yaxud necəetməli ki, həm dünya iləayaqlaşasan, həm dəöz milli kimliyini qoruyub saxlayasan?

- Mahiyyət etibarı iləümumbəşəriləşmə, ictimai qloballaşma olan, fərddən bəşəriyyətəgedən tarixi yol, yəni sivilizasiya qaçılmaz, danılmaz vəreal posesdir. Baxmayaraq ki, qlobal sivilizasiya qlobal problemləri dəöz arxası iləgətirir, bu prosesdən kənarda qalmaq mümkün deyil. Əslində, qloballaşma prosesindən kənarda qalmaq, inkişafdan kənarda qalmağa bərabərdir. Bəzi ölkələr vardır ki, siyasi-imperialist ideologiyalarına görəbu prosesi iqnor etməkdən beləçəkinmirlər, ancaq nəticənin müsbət olmadığının hamımız şahidi oluruq.

Cəmiyyətin siyasi təşkili üsulu insanların fəaliyyətinin nəticəsidir. İnsanlar ümumbəşəri inkişafa xidmət edən fəaliyyət göstərməyəçalışırlar. Fəaliyyət isəfayda verməkdən ibarət olmalıdır. Bizlərdəutilitar düşüncə, yəni faydanı əxlaqın əsası hesab edən təfəkkür olmalıdır. Avropa artıq bu prosesdədir. Avropanın inkişafının səbəbinin əsas göstəricilərindən biri dəeləbu prosesdir. Lakin qloballaşma prosesindəheç dəvacib deyil ki, milli kimlikdən uzaq düşülsün. Alman filosofu Herder tarixi konsepsiyanın mühüm amillərindən biri kimi dəyərləri götürürdü vədeyirdi: “Keçmiş ənənəvi nailiyyətləri qoruyub saxlamaq vəonu daha da inkişaf etdirmək lazımdır”. Yəni hər bir millət öz dəyərlərinəsadiq qalaraq qloballaşma prosesinin bir hissəsi ola bilər. Milli kimliyin qorunmasına kömək edən başlıca amil isəinsanın öz kimliyinəsahib çıxmasıdır.