NATO-nun Qafqaz müttəfiqi - Azərbaycan

NATO-nun Qafqaz müttəfiqi - Azərbaycan

Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlar, münasibətlərin qurulması və inkişaf  etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan bugün bir sıra öndə gedən, dünyada əhəmiyyətli beynəlxalq təşkilatlarının BMT, ATƏT, Avropa Şurası, Islam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Belə təşkilatlardan biri də NATO əməkdaşlığıdır.1994-cü il 3-4 may tarixlərində NATO-da Sülh Naminə Tərəfdaşlıq proqramı sənədi imzalandı. Bununla da Azərbaycan NATO ilə sıx əməkdaşlığa addım atdı. Bu proqram imzalandıqdan sonra Azərbaycan və NATO əlaqələri yüksək inkişaf tempi ilə davam edir. NATO Azərbaycan üçün hərbi əməkdaşlıq, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq məsələləri təşkil edir. Ümumilikdə Azərbaycan və NATO münasibətləri 8 plan üzrə irəliləyir. “Sülh Naminə Tərəfdaşlıq”, “Fərdi Tərəfdaşlıq Proqramı”, “Proseslərin Planlaşdırılması və Analizi Proqramı”, “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı”, “Əməliyyat İmkanları Konsepsiyası”,“Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planı”,“Sülh naminə Tərəfdaşlığın Qərərgah Elementi”, “Terrorizm Əleyhineə Tərəfdaşlıq Fəaliyyət Planı”.   Doğrudur bugün Azərbaycan NATO-nun üzvü deyil, amma NATO üçün çox əhəmiyyətli mövqedədir. Bu da ölkənin daxili siyasəti ilə yanaşı çox uğurlu xarici siyasətinin nəticəsidir. İctimai fəaliyyətlə məşğul olan, fəaliyyətində avrointeqrasiyasını əsas tutan, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının nümayəndəsi kimi 8-9 dekabr 2014-cü tarixlərində Brüsseldə NATO-nun baş qərargahına səfər etdim. Bununla bağlı fikirlərimi bölüşmək istədim.

Bu günə kimi Azərbaycan NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı istiqamətində bir çox proqressiv işlərə imza atmışdır. Azərbaycan NATO ilə əməkdaşlığı barədə həm oxuduğum xəbərlərdən, həm də əldə etdiyim məlumatlardan xəbərdar olmuşam. Azərbaycanın NATO üçün nə qədər strateji əhəmiyyətli olduğunu eşitmək və bunu əyani görmək bir Azərbaycan gənci olaraq məni qururlandırdı. NATO-da keçirilən sessiyalar zamanı bir çox ekspertlərin mühazirələrini dinlədik  və Azərbaycanla bağlı müsbət fikirlərini aldıq.        

Sessiyaların birində NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycan NATO-nun Əfqanıstandakı başlayacağı yeni sülhməramlı əməliyyatlarla bağlı lazımi sənədləri tez bir zamanda imzaladığını və bundan sonra Azərbaycan bu planın mühüm tərəfdaşlarından biri olacağını qeyd etdi. O Azərbaycanın həmişə NATO üçün əhəmiyyətli tərəfdaş olduğunu və növbəti proqramalarda da vacib tərəfdaş olacağını bildirdi. Appaturayın sözlərinə görə NATO Azərbaycanın xeyrinə gələcək fəaliyyətlərindədə bir sıra işlər görəcək.

Bu görüşlərdən belə bir nəticəyə gəldim ki, baxmayaraq Azərbaycan 20 ildən çoxdur müharibə şəraitində yaşayır və hazırda 20% torpaqlarımız düşmən tapdağı altındadır.Ölkəmiz bugün nəinki regionda eləcə də dünyada çox əhəmiyyətli və vacib yerlərdən birini tutur. Bu qədər uğurun nəticəsi vaxtı ilə ulu öndər Heydər Əliyevin qurduğu düşünülmüş siyasətin davamı olaraq bugün cənab prezident İlham Əliyevin gələcəyə yönəlik siyasətidir. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların prinsiplərinə daima sadiq qalmışdır. Bu səbəbdən də Azərbaycan NATO münasibətləri strateji səviyyəyə yüksəlib və bu istiqamətdə artan sürətlə davam edəcəyini proqnozlaşdırıram.