AGAT-ın fəalı “Tolerantlıq Diyarı” adlı video çarx hazırladı

 

AGAT-ın fəalı “Tolerantlıq Diyarı” adlı video çarx hazırladı 

         

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun V qrant müsabiqəsi çərçivəsində “Azərbaycan Tolerantlıq Diyarı” adlı layihə qalib olmuşdur. 13 sentyabr 2014-cü ildə “Azərbaycan Tolerantlıq diyarı“ layihəsi çərçivəsində çəkilən video çarxın təqdimant mərasimi keçirilmişdir.                                               

Təqdimat mərasimi ilk növbədə layihənin rəhbəri AGAT-ın fəalı Orxan Rəhimzadənin giriş nitqi ilə açıldı və “Azərbaycan Tolerantlıq Diyarı” adlı video çarx ictimaiyyətə təqdim edildi.                         

Eyni zamanda təqdimatda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının vitse prezidenti Nərgiz Xələf, Dağ Yəhudiləri icmasının mətbuat katibi Murad Salmanov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Musayev çıxış edərək “Azərbaycan Tolerantlıq Diyarı” adlı video çarx haqqında öz təəssüratlarını bölüşdü, bu tipli layihələrin daha çox həyata keçiriləsinin zəruri olduğunu vurğulayaraq və gənclərin bu yöndə təşəbbüsünü yüksək qiymətləndirdiklərini bildirdilər.

 

Qeyd edək ki, “Azərbaycan Tolerantlıq diyarı adlı layihənin məqsədi Azərbaycanın tolerant ölkə olduğunu və ölkəmizin tolerantlığa, sülhə və ümumi bəşəri dəyərlərə sadiq olduğunu layihə çərçivəsində çəkilən video çarxda əks etdirməkdir. Video çarxın rejissoru isə Elvin Abdullayevdir.

 

 Linkə keçid: https://www.youtube.com/watch?v=gsCWw2OHlC0

Ə

ht