Biz bərabərik?!

Biz bərabərik?!

 

Minilliklər və əsrlər boyu qadına hörmət dü­şüncəsi formalaşmış, tarixin ayrı-ayrı mərhələlərində belə cəmiyyətin öncül dəyəri olmuşdur. Bəşəriyyətin bu mü­qəddəs varlığına cəmiyyətdə xü­susi qayğı və diqqət daim hiss olunmuşdur. Bunun həm müsbət, həm də mənfi tərrəfləri mövcuddur.. Belə ki, qadın və kişi münasibətləri bütün sosial sahələrdə - siyasi, iqtisadi, mənəvi, psixoloji, sosial, mədəni və.s özünü biruzə verir.                                                                     

Qadın azadlığı qərb dünyasında çox əhəmiyyət daşıyan ictimai məsələlərdən biridir. Tarix boyu qadın kişinin əsarəti altında olmuş, həmişə özünün fərdi və ictimai hüquqları tapdalanan bir cəmiyyətdə yaşamışdır. Amma son dövrlərdə qərbdə baş verən ictimai inqilab və dəyişikliklərlə eyni zamanda qadınlar azadlıq kəsb etmək və kişilərlə bərabər olmaq məqsədi ilə “feminizm” adlı bir cərəyan yaratdılar. Bu hərəkat müxtəlif azadlıqların əldə olunmasına səbəb oldu. Buna görə də qərb dünyasında qadının  fərdi azadlıqlarına baxmayaraq, onun yalnız zahiri yönü diqqət mərkəzində saxlanır.                                                                                                

Ümumiyyətlə qadınlara seçki hüququnun verilməsi tarixinə nəzər salsaq qadınlar heç də hər zaman səs verməyə buraxılmayıb. Qadın fəallar mübarizə aparıblar, onların mübarizəsi illərlə davam edib və bu bir çoxlarının həyatı, sağlamlığı, ailə bütövlüyü hesabına başa gəlib. Avropalı və amerikalı qadınlardan fərqli olaraq azərbaycanlı qadınlar seçki hüququna daha asan yiyələniblər.                                                                                                                                           Maraqlısı ondan ibarətdir ki, qərb ölkələri, avropa azadlıq və demokratiya carçısı olsa da ilk dəfə ABŞ-da qadınlara səs vermə hüququ 1919-cu ildə verildi. Belə bir misal Fransa tarixində də mövcuddur. Fransada ilk dəfə qadınlara seçki hüququ 1945-ci il verilmişdir.        

Azərbaycan tarixinə nəzər salsaq görərik ki, 1918-ci ildə ilk dəfə Azərbaycanda qadınlara səs vermə hüququ verildi. Bununla da qadınlar daha çox ixtiyar əldə etdilər. Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Onlar arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər yetişmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş  və fəaliyyətləri genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına böyük əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir. Buna Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adı verilməsi ən bariz nümunədir.                                                    

Onu da qeyd edək ki, hal-hazırda bu çox əhəmiyyətli siyasəti cari prezident İlham Əliyev davam etdirir. Ölkəmizdə qadınların fəal ictimai fəaliyyətlə məşğul olmaları, çoxsaylı faktlar da bunu təsdiqləyir. Qanunverici orqanın rəhbərliyində qadın təmsil olunur, parlamentin üzvləri arasında kifayət qədər zərif cinsin nümayəndələri var. Qadınların cəmiyyətdəki yeri və rolunun digər mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Qadın aktivliyini nümayiş etdirən ən müxtəlif məqamlar var ki, bu da yerli mentalitet, adət-ənənələr sarıdan özünü ən rəngarəng şəkildə büruzə verir. Azərbaycanda qadın ilk növbədə ailə ocağının qoruyucusu adı ilə assosiasiya olunur. Azərbaycan qadınına milli mənliyimizdə dərin kök salmış ənənələr məxsusdur ki, bu amil özünü tarix boyu göstərib. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik. Bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir.                                       

Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə təsdiq etmiş ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir". Tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu vardır. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Hər bir ailədə cəmiyyətə vətəndaş yetişdirilir. Ailə cəmiyyətin içində kiçik bir dövlətdir. Bu gün dünyaya gələn uşağı cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından biz qadınların üzərinə böyük məsuliyyət düşür.

 

Lalə Babayeva